​Medvedev İŞİD-i məhv etməyin yolunu açıqladı

Rusiyanın baş naziri Dmitri Medvedev bütün dünya ölkələrinə çağırış edib.
Baş nazir bütün dövlətlərindən qəzəblərini və fərqliliklərini bir kənara buraxaraq, sivilizasiyaya meydan oxuyan İŞİD və digər terror təşkilatlarına qarşı birləşməsini istəyib.
O, terrorun yayılmasının gerçək bir dünyəvi təhdid olduğunu bildirib:
“Bu təhlükə ilə yalnız birlikdə, koordinasiya olunmuş şəkildə mübarizə apara bilərik. Təbii ki, beynəlxalq hüquqlara uyğun şəkildə… Tək yol budur.”