Media bunu necə bacarıb? - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp "Cadugərlər bayramı" münasibəti ilə Ağ Evdə jurnalistlərin övladlarını qonaq edib.
 
Muxalifet.az xəbər verir ki, Trampın uşaqlarla söhbəti maraqlı məqamları ilə yadda qalıb. Tramp belə gözəl uşaqlar yetişdirdikləri üçün ilk növbədə onların valideynlərinə təşəkkür edib. Daha sonra isə media ilə arasındakı problemləri zarafatyana dilə gətirib:
"Media nümayəndələrinin bu qədər gözəl uşaqlar yetişdirdiyinə inana bilmirəm. Media bunu necə bacarıb? Kameraları işarə edərək, onlar dost media orqanlarıdır. Əsl KİV budur", - deyə o, əlavə edib.
Daha sonra uşaqlara şirniyyat verməyi də unutmayan Tramp onlara "çəki probleminiz yoxdur", - deyə zarafat da edib.