"MEDERA HOSPİTAL"ın kursa göndərilən İRANLI HƏKİMİ TÜRKİYƏDƏ ÖLDÜ - FOTO

Baxış sayı:
2869

Azərbaycanda çalışan tanınmış iranlı həkim dünyasını dəyişib. Unikal.org-un əldə etdiyi məlumata görə,”MedEra” Hospitalın iranlı stamotoloqu Ehsan Hefzolessan işgüzar səfərdə olduğu Türkiyədə dünyasını dəyişib. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Medera Hospitalın Icraçı direktoru Dr. Lalə Babayeva xəbəri təsdiqləyib: “ O, Türkiyəyə kursa getmişdi. Dünən səhər qayıdacaqdı. Səhər saatlarında bizə zəng gəldi. Ehsan bəy gecə yatıb, səhər oyanmayıb. Sağlam idi, nədən öldüyünü biz də dəqiq bilmirik".