​Mədət Quliyev: "MTN-də ixtisarlar davam edəcək"

Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.
M.Quliyev qeyd edib ki, MTN-də işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə, ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.
M.Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.
O, MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işinin gedişindən də danışıb: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək” (APA).