​“Mədəniyyət Nazirliyində də ciddi islahatlara ehtiyac var” – İşdən çıxarılan vətəndaşlar: “Tam məsuliyyətimizlə bildiririk ki...”

Baxış sayı:
3856

Mingəçevir şəhərində Şəhidlərin xatirə muzeyi yerləşir. Muzey 1992-ci ildən fəaliyyətdədir. Muxalifet.az-ın əldə etdiyi məlumata əsaəsn, vaxtilə 9 nəfər işçisi olan muzeyin 2015-ci il aprel-1 dən 2 işçi yarım aylı maaşa işlədilməklə, qalan əməkdaşlar işdən çıxarılıb. “Bu ixtisarlar onunla əlaqələndirilirdi ki, Maliyyə Nazirliyinin apardığı maritorinq nəticəsində muzeydə artıq iştiçilərin olduğu “ortaya çıxıb”. Dedilər ki, artıq sizə əmək haqqı verə bilmirik, ona görə də işdən və yarım əmək haqqından məhrum olunursunuz”, - deyə işdən çıxarılan şikayətçilər bildirir. Şikayətçilərin sözlərinə görə, 2017-ci ildə Bərdə regional idarəsi yaradılan zaman yenidən işə qayıdacaqlarına ümid ediblər: “Ümidlə gözləyirdik ki, bizi yenidən işə qaytaracaqlar, yəqin yarım əmək haqqımız da bütov olacaq. Lakin çox müzakirələrdən, müraciətlərdən sonra işə qayıtmağımız mümkün olmadı. Biz artıq bezmişik. Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət olunsa da, işçilərin hüquqları hələ də tapdalanır”. Şikayətçilər bildirir ki, Şəhidlərin Xatirə muzeyi xiyabanın daxilindədir: “Şəhidləri ziyarətə gələnlər muzey vasitəsi ilə qəhrəman, igid döyüşçülər haqqında daha çox məlumat alardılar. Lakin, hal hazırda muzeydə sanki heç kim yoxdur. Görəsən, Şəhidlərə qoyulan hörmət budur? Bunu necə anlamaq olar, bilmirik”. Son vaxtlar Prezidentin həyata keçirdiyi islhataları xatırladan şikayətşilər bildirir ki, Mədəniyyət Nazirliyində də ciddi islahatlara ehtiyac var: “Cənab Prezidentin sərancamı ilə mədəniyyət müəssisələrində də islahatlar aparılmalıdır. Lakin bu islahatlar bir qrup bürokratın əlində oyuncağa çevrilib. Tam məsuliyyətimizlə bildiririk ki, Mədəniyyət Nazirliyi bu işin öhdəsindən gələ bilmir”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.