Mədəniyyət Nazirliyi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat

Baxış sayı:
3712

Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 4 lot üzrə keçirilən tender müsabiqələrinin qaliblərinə ümumilikdə 464 min 258 manat 96 qəpik ödəniləcək:

- “Parameks AZ Constraksen” MMC-yə (VÖEN: 1804990891) cari təmir işləri üçün 74 min 958 manat 71 qəpik ödəniləcək.
- “Rofland TC Grup” MMC-yə (VÖEN: 1804990911) dəftərxana və təsərrüfat malları üçün 111 min 998 manat ödəniləcək.
- “Vest-LTD” MMC-yə (VÖEN: 2100393871) əsaslı təmir işlərinin satınalınması üçün 217 min 302 manat 25 qəpik ödəniləcək.
-  “Parameks AZ Constraksen” MMC-yə (VÖEN: 1804990891) odun (taxta qırıntısı) yanacağının tədarükü üçün 60 min manat ödəniləcək.
Məlumat üçün qeyd edək ki, 4 lot üzrə keçirilən tendr müsabiqəsindən 3-nün qalibi olan şirkətlər cəmi 3 ay əvvəl eyni ünvanda, eyni şəxs tərəfindən və eyni tarixdə dövlət qeydiyyatına alınıb.
2 loy üzrə qalib olan “Parameks AZ Constraksen” MMC və 1 lot üzrə qalib olan “Rofland TC Grup” MMC 27.08.2020-ci il tarixində “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınıblar. Hər iki MMC-nin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur.
Cəmi 3 ay əvvəl yaranan, barələrində açıq internet resuslarda heç bir məlumat olmayan, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Maraqlı məqamlardan biri də odur ki, avqust ayında “Parameks AZ Constraksen” MMC və “Rofland TC Grup” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi “Parameks AZ Constraksen” MMC-nin qanuni təmsilçisi ilə eyni şəxs olub. Belə ki, “Bakı şəhəri Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda dövlət qeydiyyatına alınan 4 şirkətin qanuni təmsilçisi Həmidov Ədalət Ələskər oğludur. Həmin ünvanda qeydiyatda olan 5 şirkətin qanuni təmsilçisi Hüseynov Kamran Ayrım oğlu eyni zamanda 5 şirkətin rəhbəri olub.
Bundan başqa həmin ünvanda qeydə alınan bütün şirkətlərin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-lərin adlarındakı “az Ltd”, “az Constraksen”, “az Grup” və s. kimi uzantılardan da açıq şəkildə görünür bu şirkətləri bir-birinə bağlayan hansısa “sirli güc” var. 
Avqust-sentyabr aylarında “Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub: 

AdıÜnvanNizamnamə kapitalıQanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Sansetka az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Kamran Ayrım27.08.2020
"Sansetka az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Kamran Ayrım27.08.2020
"Sansetka az Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Kamran Ayrım27.08.2020
“Lıman az Grup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Kamran Ayrım27.08.2020
“Geoman az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Kamran Ayrım31.08.2020
“Parameks az Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHəmidov Ədalət Ələskər27.08.2020
“Parameks az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHəmidov Ədalət Ələskər27.08.2020
“Parameks az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHəmidov Ədalət Ələskər27.08.2020
“Rofland tc Grup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHəmidov Ədalət Ələskər27.08.2020
“Veton as”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatMustafayev Ədalət Mahmud24.08.2020
“Veton Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatMustafayev Ədalət Mahmud24.08.2020
“Veton Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatMustafayev Ədalət Mahmud24.08.2020
“Levon as Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatİbrahimova İsmət Allahverdi24.08.2020
“Levon as Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatİbrahimova İsmət Allahverdi24.08.2020
“Levon as Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatİbrahimova İsmət Allahverdi24.08.2020
“Senteral tıkıntı Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatMəmiyev Anar Məjuəli13.08.2020
“Dubloks Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatMəmiyev Anar Məjuəli13.08.2020
“Askom ts Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatQuliyev Qüdrət Soltan12.08.2020
“Human az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatQuliyev Qüdrət Soltan12.08.2020
“Tropıka az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatDövlətov Nizamətdin Ələskər6.08.2020
“Sansekto ts Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatDövlətov Nizamətdin Ələskər6.08.2020
“Hüner Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatDövlətov Nizamətdin Ələskər6.08.2020
“Hüner az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatSalmanov Kənan Əhəd21.09.2020
“Egefon tc Grup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatSalmanov Kənan Əhəd21.09.2020
“Aktual az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatSalmanov Kənan Əhəd21.09.2020
“Formula az Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatSalmanov Kənan Əhəd21.09.2020
“Verta az”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatƏlizadə Rəfail Faiq4.09.2020
“Verta az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatƏlizadə Rəfail Faiq7.09.2020
“Verta az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatƏlizadə Rəfail Faiq4.09.2020
“Verta az Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatƏlizadə Rəfail Faiq4.09.2020
“Fokus az”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatVerdiyev Şahin Zahid4.09.2020
“Fokus az Grup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatVerdiyev Şahin Zahid4.09.2020
“Fokus az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatVerdiyev Şahin Zahid4.09.2020
“Mugan az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHacıyev Nazim Vəli7.09.2020
“Pramıda az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHacıyev Nazim Vəli7.09.2020
“Konus as Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHacıyev Nazim Vəli7.09.2020
“Lubro az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatTalıbov Sahib Xudaverdi7.09.2020
“Lubro az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatTalıbov Sahib Xudaverdi7.09.2020
“Toksun az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatAğayev Şahin Şahmurad8.09.2020
“Parlon az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatAğayev Şahin Şahmurad8.09.2020
“Vulkan tt Grup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatAğayev Şahin Şahmurad8.09.2020
“Muskat az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatAbdullayev Emin Rüstəm8.08.2020
“Semıral az Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatAbdullayev Emin Rüstəm8.09.2020
“Alben az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatAbdullayev Emin Rüstəm10.09.2020
“Okean az Grup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatSkvortsov Arkadiy Sergeyeviç8.09.2020
“Seman az Qrup”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Əfqan Aslan8.09.2020
“Sultan az Ltd”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Əfqan Aslan8.09.2020
“Tamer az Constraksen”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatHüseynov Əfqan Aslan10.09.2020
“Yarımca”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatQurbanov Ruslan Rufan21.09.2020
“Mandı-LM”2-ci Zabrat dairəsi ev.133 m.72.10 manatQurbanov Ruslan Rufan21.09.2020