​MDB PA Azərbaycanda keçiriləcək prezident seçkilərini MÜŞAHİDƏ EDƏCƏK

Baxış sayı:
4483

Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün MDBParlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət göndərib.
MDB PA-nın saytı xəbər verir ki, Parlamentlərarası Assambleya ona üzv ölkələrdən olan nümayəndələr, o cümlədən MDB PA Şurası katibliyinin əməkdaşlarından və üzv ölkələrdə demokratiyanın inkişafı, parlamentarizm və vətəndaşların seçki hüquqlarına əməl etmə üzə beynəlxalq Monitorinq İnstitutunun ekspertlərindən ibarət heyət formalaşdıracaq və seçkiləri müşahidə etmək üçün Azərbaycana göndərəcək.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək. (apa)