MDB-nin sammiti başladı: Putin prezidentlərə əməkdaşlıq təklif etdi

Rusiyanın Soçi şəhərində MDB ölkə rəhbərlərinin sammiti başlayıb.
“RİA Novosti” xəbər verir ki, sammiti Rusiya prezidenti Vladimir Putin açıq elan edib.
O, bildirib ki, sammitdə əsas diqqət iqtisadi məsələlərə və ticari-investisiya əlaqələrin gücləndirilməsi, həmçinin ticarət və xidmət sahələrində baryerlərin aradan qaldırılmasına yönələcək: “Bizim böyük ikitərəfli səmərəli layihələri işə salmaq üçün imkanımız var”.
Qeyd edək ki, sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edirlər.