​MDB-nin ən romantik məkanları seçildi - Siyahıda Qız Qalası da var

Baxış sayı:
4360

“TurStat” analitik agentliyi MDB məkanında ən romantic məkanların reytinqini hazırlayıb.
 Reytinq Valentin Günü münasibətilə keçirilən internet-sorğunun nəticələrinə görə hazırlanıb.
Bakının simvollarından biri sayılan Qız Qalası da siyahıda ilk beşliyə düşüb. Sorğuda iştirak edənlərin 15%-i məhz Qız Qalasını MDB məkanının ən romantik məkanlarından biri olduğuna səs veriblər. Siyahının ilk beşliyini oxuculara təqdim edirik:
1.Troitskoe təpəsi - Minsk, Belarus (sorğuda iştirak edənlərin 27% səsini toplayıb).
2.Kok Tobe - Almatı, Qazaxıstan (sorğuda iştirak edənlərin 23% səsini toplayıb).
3.Bayterek - Astana, Qazaxıstan (sorğuda iştirak edənlərin 20% səsini toplayıb)
4.Qız Qalası - Bakı, Azərbaycan (sorğuda iştirak edənlərin 15% səsini toplayıb).
5.Daşkənd teleqülləsi - Daşkənd, Özbəkistan (sorğuda iştirak edənlərin 8% səsini toplayıb).