​MDB-nin iclasında Ermənistan və Kolumbiya bayraqlarını dəyişik saldılar

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının növbəti iclası Rusiyanın baş naziri Dmitri Medvedevin sədrliyi ilə 3 noyabrda Daşkənddə keçirilib.
Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, iclasın gedişində kuryoz hadisə yaşanıb – Ermənistanın baş naziri Karen Karapetyanın qarşısına Ermənistanın çevirilmiş bayrağı qoyulub.
Qeyd edək ki, bu iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.