Məcburi köçkün alkoqoldan zəhərlənərək ÖLÜB

Bakıda 34 yaşlı kişi zəhərlənərək ölüb.
 
Hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən məcburi köçkün düşərgəsində qeydə alınıb. Orada məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1983-cü il təvəllüdlü İsmayılov Elcan Eldar oğlu alkoqol zəhərlənməsi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 Faktla bağlı araşdırma aparılır.