Mbappe "Çelsi"nin hədəfində

Baxış sayı:
2110

PSJ-nin hücumçusu Killian Mbappe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, "Çelsi" fransalı ulduz futbolçu Killian Mbappe üçün danışıqlara başlamaq istəyir. PSJ-nin maliyyə problemlərə görə minimum 170 milyon avroya oyunçu satmalıdır. Bu səbəbdən Paris təmsilçisinin əsas futbolçulardan biri ilə vidalaşacağı bildirilir.

Qeyd edək ki, 20 yaşlı Mbappe cari mövsüm ərzində 19 oyuna 16 qol vurub