Maykl Flin Rusiyanın müdaxiləsi ilə bağlı sənədləri Senata təqdim edəcək

Trampın sabiq köməkçisi sənədləri həftənin sonuna qədər vermək niyyətindədir
 
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flin Rusiyanın bu ölkədə keçirilmiş prezident seçkilərinə müdaxiləri ilə bağlı sənədləri Senatın Kəşfiyyat üzrə Komitəsinə təqdim etməyə razılıq verib.
Bu barədə "Associated Press" və "Reuters" öz mənbələrinə əsasən xəbər veriblər.
"Associated Press"in məlumatına görə, Flin komitənin ondan mayın əvvəllərində tələb etdiyi özünün iki şirkətinə aid olan sənədləri, həmçinin bir neçə şəxsi sənədləri verəcək. Trampın sabiq köməkçisi sənədləri həftənin sonuna qədər vermək niyyətindədir.
"Reuters"in məlumatlandıran mənbə isə xəbər verib ki, Flin həmçinin sonradan daha çox sənədi verməyə hazırlaşır. Bundan əvvəl isə Amerikanın konqresmenləri və senatorları "The Washington Post"un dərc etdiyi xəbərdən narahat idilər. Xəbərdə bildirilirdi ki, Trampın kürəkəni Cared Kuşner Rusiya səfiri Sergey Kislyakova Moskva ilə əlaqə qurmaq üçün gizli əlaqə kanalı yatarmağı təklif edib.