Mayk Pompeodan AÇIQLAMA: "Türkiyənin özünü müdafiə haqqı var"

Baxış sayı:
1855

ABŞ xarici işlər naziri Pompeo, İdlibdə Türkiyənin özünü müdafiə haqqı olduğunu və dəstək mövzusunda bütün variantları qiymətləndirdiklərini söylədi.
Muxalifet.az
bu barədə "Hurriyet"ə istinadla bildirir.
Nazirlik binasında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pompeo İdlibdəki hadisələrin gedişiylə əlaqədar dəyərləndirmələr etdi.
Pompeo, Rusiya, Əsəd rejimi və İranın, təşkil etdiyi hücumlarla İdlibdəki yüz minlərlə vətəndaşa zərər verdiyini vurğulayaraq, Rusiyaya 2018-ci ildə Türkiyə ilə əldə olunan Soçi müqaviləsinə geri dönməsi və atəşkəsi təmin etməsi çağırışı etdi.
Digər tərəfdən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelly Craft və ABŞ-ın Suriya Xüsusi Nümayəndəsi Ceyms Jeffrinin Türkiyədə mövzuya bağlı danışıqlar apardığını xatırladan Pompeo, "Səfir Craft və səfir Jeffrey, bu an İdlibdəki humanitar böhranı azaltmaq naminə ABŞ və Avropadakı mənbələri necə birləşdirə biləcəklərini nəzərdən keçirmək üçün çalışırlar " deyə bildirdi.
Pompeo ayrıca Türkiyənin ABŞ-dan bəzi tələbləri olduğunu ifadə edərək, bunları qeyd etdi:
"Türk hökuməti bizdən bəzi tələblər etdi. Bu an bütün bu tələbləri qiymətləndiririk. Müdafiə Nazirliyi heyəti ilə birlikdə bölgədəki gərginliyin azaldılması və bu böyük insani böhranın dayandırılmasının ən münasib üsullarını araşdırırıq. Ayrıca NATO tərəfdaşı Türkiyənin, Əsəd rejimi, Ruslar və iranlılar tərəfindən Suriyada əmələ gələn riskə qarşı özünü müdafiə hüququnun olduğuna inanırıq ".
Muxalifet.az