“Mayın 8-də Paşinyan baş nazir seçilməyəcək” - POLİTOLOQ

Baxış sayı:
5473

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan çərşənbə günü yüz minlərlə mitinq iştirakçılarını aksiyalara son qoymağa, işə və dərslərə qayıtmağa çağırıb: “Hazırda meydanda həll ediləsi heç bir problem yoxdur”.

Paşinyan qeyd edib ki, total itaətsizlik aksiyaları keçirilən gün ərzində baş verən hadisələr fasilə götürüb dincəlmək üçün imkan verir.

Paşinyanın dediklərindən də aydındır ki, meydanda həll ediləsi problem olmasa da, pərdəarxası oyunlar davam edir, kimin baş nazir seçilməsi daha çox masa ətrafında müzakirə olunur. Görünür ki, mayın 1-də Paşinyanın baş nazir seçilməməsi və nəticədə bütün ölkədə etiraz aksiyalarının başlaması, etirazçılar tərəfindən yolların bağlanması Respulikaçılar Partiyasının tərəfdarlarını, xüsusən də keçmiş pezident Sərksiyanı Paşinyana güzşəştə getməyə məcbur edir. Çünki parlamentdə çoxluq təşkil edən Respublikaçılar fraksiyanın rəhbəri Vahram Bağdasaryan bəyan edib ki, baş nazir seçkilərinin ikinci turunda onun fraksiyası dörd parlament fraksiyasının üçünün təklif etdiyi namizədi dəstəkləyəcək. Dorğudur, Bağdasaryan namizəd adı deməyib. Amma nəzərə alaq ki, parlamentdə təmsil olunan “Yelk”, “Daşnaksutyun” və “Tsarukyan bloku” fraksiyaları Nikol Paşinyanın namizədliyini yenidən irəli sürəcəklərini bəyan ediblər. Ancaq Bağdarsayanın “baş nazir seçkilərinin ikinci turunda onun fraksiyası dörd parlament fraksiyasının üçünün təklif etdiyi namizədi dəstəkləyəcək” bəyanatı ölkədə sabitliyi bərpa etmək naminə Paşinyanı aldadmaq üçün də səslənmiş ola bilər. Çünki V. Bağdasaryan etirazçıları yolların və aeroportun blokadasına son qoymağa çağırıb. Bağdasaryanın bu bəyanatından o nəticəyə gəlmək olur ki, ya Paşinyana güzşətə getməyə məcbur olurlar, ya da Paşinyana tələ qururular. Ola bilsin ki, Paşinyan buna görə də etiraz aksiyalarını dayandırıb. Demək olar ki, baş nazir seçkilərinin ikinci turuna sayılı günlər qalıb, mayın 8-də Paşinyana güzəştə gedildiyi və yaxud onun aldadıldığı məlum olacaq.

Erməni şərhçi A.Amatuni də Respublika Partiyasının Paşinyana güzəşt açıqlamasını və proseslərin inkişafını şərh edib: “Respublika Partiyasının 2 maydan başlanan etiraz aksiyasından narahat olaraq geri çəkildiyi görünür. Lakin mayın 1-də Paşinyanın əleyhinə çıxış edərkən onlar proseslərin belə inkişaf edəcəyini təxmin etməmiş deyildilər. Bu baxımdan, baş verənlərdə hələ də müəmmalı məqamlar qalır. Ola bilsin ki, Sarukyan Paşinyana dəstəyini açıq elan etdiyi üçün Respublika Partiyası geri çəkilir, yaxud ölkədə güc balansının dəyişməsi əsas faktor oldu. Başqa bir versiyaya görə, Respublika Partiyası bununla vaxt qazanır”.

Əslində, deyildiyi kimi, Bağdasaryanın açıqlaması vaxt qazanmağa hesablanıb. Respulikaçılar Partiyasının mayın 8-də yenə hansı hiyləsi üzə çıxsa, təəccüblənməyin. Çünki Sərkisyan Paşinyanın baş nazir seçilməməsi üçün son kartını oynayır.

Maraqlıdır ki, Paşinyan baş nazir olarsa, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi yolunu tutacaq, yoxsa müharibəni qaçılmaz edəcək? Əlbəttə, onun səsləndirdiyi fikirlərdən belə məlum olur ki, baş nazir olarsa, Azərbaycana bu məsələdə heç bir güzəşt etməyəcək. Bu da o deməkdir ki, Paşinyan baş nazir olarsa, müharibə ehtimalı artacaq. Çünki Paşinyan qeyd edib ki, Qarabağ münaqişəsinin həllinin güzəştli variantı yalnız Azərbaycanın “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi hüququnu tanıdığı təqdirdə müzakirə oluna bilər. Azərbaycanın isə “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi hüququnu tanıması mümkün olacaq bir məsələ deyil. Çünki “Dağlıq Qarabağ xalqı” adlı bir xalq da yoxdur ki, öz müqəddartını təyin etsin. Ermənilərin isə öz müqəddartını təyin etmə hüququ tanınsa, o zaman ermənilər müstəqil dövlət kimi də özlərini elan edə bilərlər. Buna isə təbii olaraq Azərbaycan heç cürə razılaşa bilməz.

“Paşinyan qorxub geri çəkilib”

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Paşinyanın etirazları dayandırması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Heseynli "Hürriyyət"ə deyib ki, o, aksiyaların hansı istiqmatə doğru inkişaf etdiyini görürdü:“Belə ki, hadiəslər qana doğru aparırdı və o qanın məsuliyyətini Paşinyan dərk etdi. Çünki Rusiya barmağını artıq Ermənistanın üzərinə qoyub. Hətta Rusiyadan xüsusi təyinatlı qoşun qruplarının İrəvana yeridilməsi haqqında məlumatlar var. Hətta Paşinyanın özünün həbs ediləcəyi barədə də xəbərlər var. Zənnimcə, Paşinyan vəziyyətin kifayət qədər gərgin ola biləcəyini nəzərdə tutub, bunu deyir. Üstəlik də, məncə, Paşinyanı aldatmğa başlayıblar. Çünki Paşinyanın yenidən namizədliyini irəli sürüləcəyi barədə ona vədlər veriblər. Mənim bildiyimə görə, Ermənistan parlamentində bir dəfə baş nazir seçilməzsə, onun namizədliyi irəli sürülmür. Ona görə də mayın 8-də Paşinyanın namizədliyi irəli sürülməyəcək. Bu baxımdan, belə düşünmək olar ki, Paşinyan qorxub geri çəkilib və başqa yol görməyib. Yəni sonrakı məsuliyyəti öz üzərinə götürmək istəmir”.

“Rusiya Paşinyan faktorunu yaxın buraxmayacaq”

“Respublikaçılar fraksiyanın rəhbəri Vahram Bağdasaryan bəyan edib ki, onun fraksiyası dörd parlament fraksiyasının üçünün təklif etdiyi namizədi dəstəkləyəcək. Bəlkə Paşinyanla Respublikaçılar Partiyası razılaşıb. Ona görə, etiraz aksiyalarını dayandırıb” sualına Q. Hüseynli belə cavab verdi: “Bunu da ehtimal kimi qəbul etmək olar. Amma eyni zamanda Respublikaçılar Partiyasından parlamentin sədrinin müavini Şarmaryan bildirib ki, Paşinyan baş nazir seçilsə, ölkə diziüstə yerə qoyulacaq. O, deyib ki, bunu parlamanetdə bəyan etməkdən, hətta istefa verməkdən imtina etmərəm. Bilirsiniz, möhkəmlənməmiş ölkədir, qanunları gündə dəyişə, yüz cürə hərəkətlər edə bilirlər. Amma mənim qənaətimcə, Rusiya Paşinyan faktorunu yaxın buraxmayacaq. Mən belə hesab edirəm ki, mayın 8-də Paşinyan yox, başqa adam seçiləcək. Bu müddət ərzində də mitinqlər keçirməyəcək, ona qədər mitinq əhval-ruhiyyəsi zəifləyəcək, cəmiyyətin də əhval-ruhiyyəsi öləziyəcək və köhnə klan status-kvonu bərpa etmək üçün Rusiyanın köməyi ilə sürətli tədbirlər həyata keçirəcək”.

“Rusiyadan gələn deputatlar Serj Sərkisyanın partiyasından olan deputat qrupuna ciddi “qulaqburması” verir”

“Bağdasaryanın açıqladığı fikilər həm də Paşinyanı aldatmaq üçün nəzərdə tutulmuş ola bilərmi” sualına gəlincə, politoloq bildirdi ki, o, söylənilən variantların heç birini istisna etmir: “Bu saat yüz cür oyun oynanılır və özü də bu oyunlar Rusiya dumasından deputat qrupunun İrəvana gəlişindən sonra daha da artıb. Belə görünür ki, Rusiyadan gələn deputatlar Serj Sərkisyanın partiyasından olan deputat qrupuna ciddi “qulaqburması” verir və onları daha fəal olmağa səsləyir. Eləcə də polisin müəyyən qədər fəallaşdığını söyləmək mümkündür. Bəzi məlumatlar var ki, İrəvana həm Gümrü, həm də Dağlıq Qarabağ istiqmaətindən qoşun hissələri yeridilir”.

“Serj Sərkisyanla Paşinyan arasında heç bir fərq yoxdur”

“Paşinyanın “Qarabağ münaqişəsinin həllinin güzəştli variantı yalnız Azərbaycanın “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi hüququnu tanıdığı təqdirdə müzakirə oluna bilər” bəyanatının arxasında açıq-aydın Dağlıq Qarabağın ya müstəqilliyinin elan edilməsi, ya da bu qurumun Ermənistana birləşdirilməsi dayanır. Yəni Qarabağ məsələsinə münasibətdə Serj Sərkisyanla Paşinyan arasında heç bir fərq yoxdur, hələ Paşinyan daha təhlükəlidir. Çünki o, iddia edir ki, baş nazir seçiləcəyi təqdirdə üsyançılarla birlikdə İrəvandan Dağlıq Qarabağa qədər böyük bir piyada yürüşü həyata keçirəcək. Bu da onu göstərir ki, kifayət qədər avantürüst və millətçi bir elementdir, onun dövründə münasibətlər daha da gərgin ola bilər, müharibə başlaya bilər. Paşinyan özü də deyir ki, müharibə olsa, bu, erməni xalqının qələbəsi üçün daha lazımlıdır. Çünki xalqın indiki psixoloji vəziyyətinin yüksək olduğu bir şəraitdə bir dəfə azərbyacanlılara dərs vermək lazımdır ki, onlar “arsax” dövlətinin, xalqının arzularını basa düşsünlər”,-deyə politoloq nəzərə çatdırdı.

Hurriyyet.org