​Matviyenko: Radanın bu qərarı Ukraynanı məhv edər

Ukraynanın Rusiya ilə diplomatik münasibətləri kəsməklə bağlı mümkün qərarı qəbul etməsi katastrofik olacaq.
Bu barədə Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko danışıb. Matviyenko bu cür təşəbbüslərin “anlayışdan kənar” olduğunu bildirib.
“Bu, nəticəsi xüsusən Ukrayna xalqı üçün dağıdıcı ola biləcək ən katastrofik qərar olardı”, - Matviyenko deyib.
Qeyd edək ki, Ali Radanın “Donbasın reinteqrasiyası haqqında” qanunu qəbul edəcəyi halda Ukraynada olan Rusiya diplomatik qurumları, o cümlədən Rusiya Federasiyasının ərazisində olan Ukraynanın əlaqədar strukturları bağlanacaq./axar.az/