Maştağada “UAZ” motosikletlə toqquşub, ÖLƏN VAR

Bakıda minik avtomobili motosikletlə toqquşub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi “UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.
 Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.