Maşınların cərimə meydançası yanıb: avtomobillərə ziyan dəyib

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.
 
Meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.