“MAŞINLA ÖLDÜRMƏDİKLƏRİNİ HƏR KƏSİN GÖZÜ ÖNÜNDƏ ÖLDÜRƏCƏKLƏR” - Əli Həsənovun nəvəsi tərəfindən vurulan Türkiyə vətəndaşı Azərbaycan prezidentinə müraciət etdi

Baxış sayı:
1804

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ilin avqust ayında Bakıda törətdiyi avtoqəza nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları çətin vəziyyətdədirlər. Buna səbəb onların müalicə xərclərinin ödənilməməsi və sağlıq durumlarının hələ də düzəlməməsidir.
Xatrıladaq ki, bir müddət əvvl Türkiyənin məşhur “Haber Türk” kanalı da bu mövzuya yer ayırmışdı. Kanalın yayımladığı reportajda bildirilirdi ki, Əli Həsənov Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişi aldadıb. Bu haqda kanala məlumat verən Tekiş ailəsi bildirib ki, qəzadan sonra Əli Həsənov onlardan şikayətçi olmamağı xahiş edərək, bunun müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də, sonradan sözünə əməl etməyib.
Bu dəfə Muxalifet.az saytına müraciət edən Mutalib Tekiş Azərbaycan prezidenti İlham Əliyevdən kömək gözlədiyini bildirib. Saytımız vasitəsilə İ.Əliyevə müraciət edən Türkiyə vətəndaşı bildirir ki, onların müalicəsi üçün elə də böyük məbləğ tələb olunmur. Buna rəğmən, Əli Həsənov tərəfindən aldadılmalarını və xəstəxana xərclərinin ödənilməməsini özlərinə sığışdıra bilmirlər. Bu səbəbdən prezident Əliyevə müraciət edən Tekiş ailəsi onların problemlərinin həlli ilə bağlı göstəriş verməsini xahiş edirlər.  

"Hələlik bu aksiyanı keçirməyi təxirə saldıq"

Mutalib Tekiş bildirir ki, öncə bu problemi bütün dünyaya çatdırmaq üçün İstambulda aclıq aksiyası keçirməyi qərara almışdılar. “Sonradan qardaş Azərbaycanın və onun prezidenti cənab İlham Əliyevin nüfuzuna zərbə dəyməməsi üçün hələlik bu aksiyanı keçirməyi təxirə saldıq. Yəni aclıq aksiyası son çıxışı olacaq. Əgər bu müraciətimizi də cənab prezdentin eşitməsini əngəlləsələr, aclıq aksiyası ilə eşitməsinə çalışacağam. Çunki açlıq aksiyası ölüm deməkdir. Bu çıxışımla maşınla öldürəmədiklərini hər kəsin gözü önündə öldürəcəklər, bütün dünyaya bunların zalımlıqlarını hayqıracağam” – deyə Mutalib Tekiş bildirir.  
Tekiş ailəsi inanır ki, İ.Əliyevin müdaxiləsi nəticəsində qarşılaşdıqları problem tezliklə öz həllini tapacaq: “Bir daha deyim ki, mənim müalicəmin xərclərini Əli Həsənovun ailəsi cəmi 3-4 ay ödədi, sonrasını öz vəsaitimlə davam etdirməli olmuşam. Yoldaşımın müalicəsini isə 2018-ci ilin sonunadək davam etdirdilər. 2018-ci ilin dekabır və 2019-cu ilin yanvar ayının fakturasını bunlardan çətinliklə aldım. Son 7 aydır mən müalicə olunuram, hər tərəfə borçlanmış durumdayam. Hətta mənə əməliyyat üçün pul verəcəklərdi, onu da göndərmədilər.
Həsənov ailəsi pulu bizə deyil, xəstəxanaya ödəyirdu. Pulu ödəmədikləri üçün xəstəxana yoldaşımı çıxardı. Baxın, biz nəyin mubarizəsini eləyirik? Bu, çox ayıb bir şeydi. Bu, Əli Həsənova yaraşmır. Biz iddia edirik ki, biz sağalmadıq, sağalmaq istəyirik. Onlara görə hər şeyimizi, işimizi, ailəmizi, sağlığımızı itirdik. Gəlin, hər şeyini yox etdiyiniz bu ailənin əlindən tutun, bu ailə dağılmasın, deyirəm”.
 
“Mənim tək inamım Prezdentimizə və Mehriban xanımadır”
 
M. Tekiş onu da nəzərə çatdırdı ki, həyat yoldaşının şikəstliyinə əlavə olarak ürək çatışmamazlığı, müxtəlif ortopedik problemlər ortaya çıxıb və mütləq əməliyyatlara ehtiyacı var: “Özümun ağciyərimdən əməliyyat olmam lazımdır, ancaq həkimlər “bu çox risqli uyanamazsın, biz bu risqə gedə bilmərik” deyərək əməliyyat etmirlər. Səs tellərimdəki şikəstlik zaman-zaman ciddi problemlər çıxardır, sol dizimdəki platinlər məni iş görmək üçün uzun müddət ayaq üstə qala bilməməyimə səbəb olur. Mən və ailəm bu sıxıntılarla mücadilə edərkən bizim sağaldığımızı soyləyənlərin insanlığından şübhəm var. Bir nazır vəzifəsində oturan kişiyə bu hərəkət yaraşmır. Biz sağalmışıqsa, gəlin, hesabatı alın, bizi də “yalan söyləyir” deyə, ifşa edin. Yox, hesabatı almırsnızsa, bilin ki, siz yalançısınız bizə şər və böhtan atırsınız.
Bilinsin ki, mənim bu son çıxışım olmayacaq. Cənab prezdentimiz və Mehriban xanım eşidənədək bu çıxışlarım olacaqdır. Mənim tək inamım Prezdentimizə və Mehriban xanımadır”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mpvqeyini dərc etməyə hazırıq.