​Maşınla motoroller toqquşdu: yaralılar var

Baxış sayı:
2812

Goranboyda avtomobillə motoroller toqquşub.
Muxalifet.az-ın verdiyi məlumata görə, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.
Cəfərov Vüqarın idarə etdiyi "Nissan" avtomobili motorollerlə toqquşub. Qəza nəticəsində motorollerdə olan 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.