​Maşınınız çirklidirsə, cərimə... - KAMRAN ƏLİYEV

Avtomobilin xarici görünüşünün səliqəsiz olmasına görə nə məsuliyyət, nə də onun istismar edilməsinin qadağan edilməsinə dair qanunvericilikdə hər hansı müddəa mövcuddur.
Bunu Sputnik-ə açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
“Səliqəsiz görünüş təhlükə törətmir. Çirkli avtomobil sürməyi vətəndaş da özünə rəva bilməməlidir. Əgər avtomobil texniki cəhətdən istismara tam yararlıdırsa, biz xarici görünüşünə görə onun istismarını qadağan edə bilmirik” - deyə o bildirib.