​Maşının qapısı açıldı, 600 min dollar yola dağıldı - Video

Baxış sayı:
4657

ABŞ-ın İndiana ştatında “Brinks” şirkətinə məxsus zirehli avtomobil hərəkətdə olan zaman qəfildən arxa qapısı açılıb və dollarla dolu olan torbalar şosseyə dağılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əskinaslarla dolu torba yola dağıldı. Baş verənlər hər hansı filmdən səhnəni xatırladırdı. Pullar hər tərəfə səpələndi. İnsanlar maşınlardan düşüb, onları toplamağa başladı. Hər gün şosselərdə dolların necə dağıldığını görə bilməzsiniz. Xaos yaşanırdı”, - deyə yol polisi Brok Makkoy bildirib.
Məlumata görə, pul daşıyan avtomobilin sürücüsü yalnız digər sürücülərin xəbərdarlıq siqnalından sonra dayanıb.
Ehtimal edilir ki, yola 600 mindən çox dollar yola dağılıb.
Polis pulları toplayanlara çağırış edərək, əskinasları könüllü şəkildə təhvil verməyi məsləhət görüb.
Hüquq-mühafizə orqanları pulları könüllü qaytaranları heç bir cəzanın gözləmədiyini bildirir.