Maşını restoranda ailəsinin üzərinə sürdü: 2 ÖLÜ, 2 YARALI

Baxış sayı:
5749

ABŞ-ın Şimali Karolina ştatında sürücü avtomobili restoranda oturan ailəsinin üzərinə sürüb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Gaston Gazette” nəşri məlumat yayıb.
Polisin verdiyi açıqlamaya görə, insident bazar günü Bessemer Siti şəhərindəkii restoranlardan birində baş verib.
Şahidlərin sözlərinə görə, ailə yemək üçün restorana girib. Bir qədər sonra masadan duran ailə başçısı çölə çıxıb və avtomobilə əyləşərək maşını restoranın binasına çırpıb.
Hadisə nəticəsində şübhəli şəxsin qızı və ailənin daha bir üzvü ölüb. Daha iki nəfər isə xəsarət alıb.
Hazırda polis hadisənin başvermə səbəbini araşdırır.