"Maşına ən çox mənim ehtiyacım var idi, çox peşimanam" - Lalə

Baxış sayı:
319

Xəbər verdiyimiz kimi, ötən gün “Maşın” şounun “Maskarad” adlı sürətinin final gecəsi oldu. Şouda aparıcı Suna Kasımoğlunun qalib olması Lalə Mustafayevanı təəccübləndirməyib.
Populyar teleaparıcı və keçmiş model Lalə Mustafayeva BiG.AZ-a açıqlamasında bildirib ki, o özünü məğlub hesab etmir:
"Maşına ən çox mənim ehtiyacım var idi, çox peşimanam" - Lalə
“Mən ilk gündən deyirdim ki, Suna burada iştirak edən hər kəsdən fiziki cəhətdən güclüdür. Bunu özü də gizlətmirdi.Mən yenə də məğlub olmadım. Bu şou mənim üçün bir dərs oldu. Məyus olmuram. Lakin maşını qazanmağı çox istəyirdim. Çünki, ona ehtiyacı olan oyunçu mən idim. Mənim üçün önəmli olan xalqın sevgisi idi və mən topladığım səslərdə bunu gördüm. İlk gündən bu qədər səs toplayacağıma inanmırdım. Lakin xalqın gözü tərəzidir. Ən azı insan kimi mən özümü daha yaxşı tanıdım”.
"Maşına ən çox mənim ehtiyacım var idi, çox peşimanam" - Lalə
Lalə Mustafayeva bildirib ki, şoudan sonra heç kimlə münasibəti pozulmayıb:
“İlk gündən kimlə yaxın, dost idimsə, sona qədər də elə qaldım. Lakin Türkan özü mənimlə əlaqəni kəsdi. Bunu mən istəməzdim. Onu oyundan uzaqlaşdırdıqdan sonra peşmanlıq da keçirdim. Kaş ki, onu saxlayıb Sunanı çıxarardım. Amma mən Sunanın səmimiyyətinə inanırdım. Şoudan sonra onunla görüşmək, görmək fikrim də yoxdur”.
Aparıcı onu da qeyd edib ki, oyunun əvvəlindən səhhətində problem olduğunu bilirdi:
“Mənim səhhətimdə problem var idi. Lakin oyuna davam etməyə çalışırdım. Sunanın mənə “sən xasta deyilsin, yalançısın” deməsi və etdiyi bəzi hərəkətlər çox pis təsir etdi. Buna görə də oyundan uzaqlaşmaq qərarına gəldim. Səs çoxluğu ilə qalib mənəm”.