Maşın ustaları sizi niyə aldadır? – İnanılmaz səbəb

Baxış sayı:
541

"Azərbaycanda avtomobillərdə ən çox yanacağın keyfiyyətsiz olması ilə bağlı problemlər yaranır".
Muxalifet.az
Lent.az”a istinadən xəbər verir ki, bu barədə mühəndis Elçin Abbasov məlumat verib. O, bundan əlavə, baş verən nasazlıqların digər səbəbləri barədə də danışıb:
"Səhv yanacaq seçimi ilə də maşınlarınıza zərər vurmuş olursunuz. Məsələn, yüksək güclü turbo mühərrikə bəzən "A-92" yanacağından istifadə edilir.
Bu da qısa müddətdə mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Əvvəl maşınlar üçün xarakterik olan pozulmalar işlək hissələrin nasazlığı idi.
Bu da yolların bərbad vəziyyətdə olması ilə bağlıdı. Bu nasazlıqlar indi demək olar ki, azalıb.
Bundan əlavə, ən çox rast gəlinən problemlər ustaların səriştəsizliyi sayəsində meydana gəlir. Bəzən ustalar düzgün diaqnoz qoymur, düzgün təmir etmir, ona görə də maşında problemlər yaranır. Ya da qəsdən edirlər ki, bir daha müraciət edəsiniz. Ustanızı düzgün seçin. Sizi aldatmasın.
Digər tərəfdən, maşınlarda nasazlıq keyfiyyətsiz ehtiyat hissələr istifadə etməkdən də əmələ gəlir. Usta ucuz olsun deyə sizə bunu təklif edə bilər.
Bu, yenə düzgün qulluğun aparılmaması ilə əlaqədardır. Keyfiyyətsiz ehtiyat hissələrdən istifadə etmək həmin detalların tez-tez sıradan çıxmasına səbəb olur və nasazlıqlar təkrarlanır".
Mühəndis köhnə maşınların tez-tez xarab olduğunu vurğulayıb, yeni maşınların elektronika sistemindən söz açıb:
"İstehsal illərinə gəldikdə, təbii ki, əsasən keçmiş illərin maşınları daha tez-tez xarab olur. Yeni maşınlarda problemlər elektronika sistemi ilə bağlıdı.
Yeni maşınlarda elektrik qurğuları çox olduğu üçün bu səbəbdən nasazlıqlar da məhz elektronika sistemində yaranır".