"Maşın” şounun qalibi məlum oldu - Açıqlama

Baxış sayı:
933

ATV-də yayımlanan "Maşın” realiti-şounun qalibi məlum olub. 
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, finala qalan son iki iştirakçı - Lalə Mustafayeva ilə Suna Kasımoğlundan biri əlini avtomobildən çəkib. 
Lakin qalibin kimiliyi hələlik gizli saxlanılır. Avtomobili qazanan iştirakçının adının bu gün axşam ATV-nin canlı efirində açıqlanacağı deyilir.
Məsələ ilə bağlı “M Group Production”la əlaqə saxlasaq da, qalibin adını öyrənə bilmədik. Saytımıza danışan qurumun mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli onlara belə məlumatın daxil olmadığını deyib: “Hələ bizə belə bir məlumat ötürülməyib.  Saytlar bunu nəyə əsasən yazıblar bilmirəm”.