"Maşın Şou"da Dilarə Kazımovanı AĞLATDILAR - VİDEO

Baxış sayı:
2242

"Maşın şou"nun dünənki buraxılışında Dilarə Kazımova göz yaşlarına hakim ola bilməyib. Muxalifet.az publika-ya istinadən xəbər verir ki, buna səbəb Ramil Nabranın hər kəsin içində Dilarə Kazımovanın "Eurovision" beynəlxalq mahnı müsabiqəsində 22-ci yeri tutmasını üzünə vurması olub. Reper Dilarə Kazımovanın "Niyə elə düşünürsünüz ki, siz qalib gələ bilərsiniz, mən isə yox" sualına "22-ci yeri tutmuşdun, dünya sənə səs vermədi" deyə cavab verib. Bu sözlərdən incidiyi gizlətməyən müğənni göz yaşlarını saxlaya bilməyib. D.Kazımovanın ağladığını görən şairə Nazilə Səfərli onu sakitləşdirməyə çalışıb. Bundan sonra Ramil Nabran Dilarədən üzr istəyərək onun gözəl vokalist olduğunu vurğulayıb: "Dilarə xanımın sənətinin qarşısında baş əyirəm. Həqiqətən də peşəkar ifaçıdır. Bir qədər kobud davrandım, iynəni ürəyindən bərk vurdum. Lakin bu qızı bərkitməliyəm, oyun üçün çox sakitdir, hamı ilə mehribandır. Bura onu istəmir".