"Maşın Şou" başladı – İştirakçılar kimlərdir?

Baxış sayı:
18913

Ölkənin ən reytinqli  layihəsi olan “Maşın Şou"nun 18-ci sürəti start götürüb.
Muxalifet.az xəbər verir ki, Xalq artisti Murad Dadşovun aparıcısı olduğu şou ATV kanalında canlı olaraq yayımlanır.
Artıq maşın uğrunda mübarizəyə qoşulan ulduzlar səhnəyə dəvət edilir. "Maskarad" adlanan şouda ilk olaraq səhnəyə dəvət edilən müğənni Ayan Babakişiyeva, meyxanaçı Aqşin Fateh və müğənni Kərim Abbasov olub.
İkinci üçlük isə aparıcı Kəmalə Piriyeva, aşıq Namiq Fərhadoğlu və müğənni Bilal Əliyev oldu.
Üçüncü üçlük isə müğənni Nazim Pişyari, müğənni Türkan Vəlizadə və türkiyəli Suna Kasımoğludan ibarətdir.
Növbəti üçlüyü isə teleaparıcı Zümrüd Qasəmova, müğənni Fuad Musayev və reper Qurd təmsil edəcək.
5-ci üçlük də əvvəlki iştirakçılar qədər tanınan simalardır. Müğənni Aysun İsmayılova, aktrisa Fatma Mahmudova və Aktyor Məcid Hüseynov.
Qeyd edək ki, 18 məşhur dəyəri 50 min manat olan “Opel” markalı avtomobil uğrunda mübarizə aparacaq. Onlarda kimin güclü, kimin zəif olduğunu isə yaxın günlərdə biləcəyik. (Baku.ws)