Maşın oğrusu ələ keçdi: Gəzmək üçün qaçırmışdım

Baxış sayı:
316

Bakının Binəqədi və Nəsimi rayon Polis idarələrinin əməkdaşları avtomobil oğrusunu izləyərək Şabran ərazisində ələ keçiriblər.
Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər.
Məlumata görə, iyulun 18-dən 19-na keçən gecə Mir Cəlal küçəsindəki 147 nömrəli evin həyətindən 1988-ci il təvəllüdlü Azər Ağayevə məxsus 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobil oğurlanıb.
Qaçırılmış avtomobil iyulun 22-si saat 15:00-da Şabran ərazisində tapılıb. Polis əməkdaşları oğrunu qaçırdığı maşının sükanı arxasında olarkən saxlayıblar.
Məlum olub ki, 1986-cı il təvəllüdlü Ağayev Fərid Novruzəli oğlu daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq mühakimə olunub. Saxlanılan şəxs ilkin dindirmə zamanı bildirib ki, maşını sadəcə olaraq gəzmək üçün oğurlayıb.
Bu arada, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları oxşar cinayətin üstünü açıblar. İyulun 19-da sözügedən ərazidə Surxay Əliyevə məxsus “Niva” maşını qaçırılıb. Müəyyən edilib ki, avtomobili iki nəfər oğurlayıb. Onlardan biri daha əvvəl narkotik və soyğunçuluğa görə mühakimə olunmuş 1979-cu il təvəllüdlü Hacıyev Şaiq İbrahim oğludur.
Hər iki şəxs iyulun 22-də tutulub.