Maşın oğruları polislə belə məzələndi..

Bakıda yol polisinin həyətində polisin maşınını oğurlayıblar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəki 5-ci tağımda çalışan əməkdaşın “VAZ-2107” markalı şəxsi avtomobili oğurlanıb.

Aznews.az xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb.

Belə ki, yol polisi əməkdaşı xidməti maşınını təhvil verdikdən sonra öz maşınının mühərrikini işə salıb və ratsiyanı təhvil vermək üçün binaya daxil olub. Geri qayıtdıqda isə o, avtomobilini yerində tapmayıb.

Aparılan araşdırmalar nəticəsində oğurlanan avtomobil Biləcəridə gölün içində aşkar edilib. Maşının seriyası məlum olmasa da nömrəsinin “154” olduğu bildirilir. Hazırda maşın oğrusunun axtarışı davam etdirilir.