Maşın ağaca çırpılaraq kanala AŞIB

Hadisə Astaranın Pensər kəndi ərazisində baş verib
 
Ələt-Astara magistralının Astara rayonunun Pensər kəndi ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
1968-ci il təvəllüdlü Astara rayon Vaqo kənd sakini Şirzadov Şaiq Canəli oğlu idarə etdiyi "07-BS-217" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil ilə ağaca çırpılıb və nəticədə maşın kanala aşıb.
Xəsarət alan sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.