​Masazırda namus üstündə bibisini öldürən gəncə – 18 il

Baxış sayı:
1516

Abşeron rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Vüsal Şıxəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü qəsəbə sakini Vüsal Şıxəliyev qısqanclıq zəminində 1975-ci il təvəllüdlü bibisi Yeganə İmamverdiyevaya balta ilə xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən Vüsal Şıxəliyev tutulub.
Qeyd olunub ki, Yeganə İmanverdiyeva evdə olan 500 manatdan çox pulunu başqa bir kişiyə verib. Bundan xəbər tutan Vüsal bibisi ilə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.
Vüsal Şıxəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib./Teleqraf.com