Masallıdakı dəhşətli qətlin təfərrüatı - VALİDEYNLƏRİNİ NİYƏ ÖLDÜRDÜ...

Baxış sayı: 310

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Miyənkü kəndində baş verib.
Belə ki, Ağayev Azər Etibar oğlu 55 yaşlı atası Ağayev Etibar Qiyas oğlunu və eyni yaşda olan anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib. O, daha sonra rayon Polis şöbəsinə gələrək ata-anasının itgin düşməsi barədə məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində A.Ağayev şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa verdiyi izahatında valideynlərini ailə münaqişəsi zəminində, gəlini yola vermədiklərinə görə öldürdüyünü etiraf edib. A.Ağayev, həmçinin cinayət əməlini həyat yoldaşı Asudə Ağayeva ilə əlbir olaraq törətdiklərini də bildirib. Məlum olub ki, ər və arvad ata-ananı öldürərək həyətdəki tövlədə balta ilə doğrayıblar və torpağa basdırıblar. Onlar öz cinayət əməllərini ört-basdır etmək üçün kişi və qadının itgin düşməsi barədə yalan məlumat veriblər.
Hazırda Rayon Prokurorluğu hadisə yerindədir. Ər və arvad hər ikisi saxlanılıb.
Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.