​Masallıda evdə baş verən partlayışın SƏBƏBİ BİLİNDİ: CİNAYƏT İŞİ BAŞLANDI

Baxış sayı:
5896

Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.
Masallı rayon Prokurorluğundan Muxalifet.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlaıq) maddəsilə cinayət işi başlanıb.
Araşdırmalarla müəyyən edilib ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib, Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib.
Əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirərkən həmin evin həyət qapısından keçən qaz borusundan qaz sızması müşahidə edilib.
Başlanmış cinayət işi Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.