Masallıda axtarışda olan şəxs tutuldu, böyük cinayətləri üzə çıxdı

Baxış sayı:
2956

Teyyub Muradov bir  neçə şəxsi aldadıb

Masallı Polis İdarəsinin əməkdaşları rayonun Qarğalıq kənd sakini Teyyub Muradovu oğurluq etdiyinə görə tutublar. İlkin araşdırmalar zamanı məlum olub ki, Teyyub Muradov axtarışdadır. Onun barəsində axtarış işi ötən ilin ortalarında Bakının Nizami rayonu ərazisində külli-miqdarda dələduzluq cinayətinə görə başlanıb.
Teyyub Muradovun əməllərindən zərərçəkənlərdən biri olan Firdovsi Vəliyev deyib ki, dələduzluq işi üzrə 10-a yaxın zərərçəkən var: “Şəxsi maşınımla taksi fəaliyyəti göstərirəm. Teyyub Muradov müştərilərimdən biri idi. Günlərin birində dedi ki, səni 1500 manata Xəzər Dəniz Gəmiçiliyinin Zığdakı Gəmiqayırma zavoduna işə düzəldə bilərəm. Pulun yarısını əvvəlcədən istəyirdi, qalanını da işə çıxandan sonra ödəməli olduğumu demişdi. Məndən ilkin olaraq 600 manat aldı. Bir neçə dəfə iş yerinə dəvət etdi. Xəzər Dəniz Gəmiçiliyinin Zığdakı Gəmiqayırma zavodundan çalışırdı.  Dedi ki, işə bir neçə nəfəri də düzəldə bilər. Tanışlarım Fəqan, Elgün, Yusif və Semralla onu tanış etdim. Onların hər birindən 1000-1500 pul alıb işə düzəldəcəyini vəd etdi. O bizi işə düzəltmədi, hər gün bir bəhanə ilə vaxt uzadırdı. Pulumuzu geri istədik, qaytarmadı. Sonradan isə bizdən qaçıb gizlənməyə başladı. Nızamı rayon Polıs İdarəsinin 24-cü polıs bölməsınə şikayət etdik. 2 gün sonra polis əməkdaşları onu tutdular. Məlum oldu ki, Teyyub Muradov bizimlə yanaşı bir şəxsə qarşı da dələduzluq edib. Yeganə adlı xanıma qarşı dələduzluq etdiyinə görə ona qarşı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsının 178.1-ci maddəsi ilə cinayət işi başlanlıb, axtarışa verılmişdi”.
O vaxt T.Muradovu Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil veriblər: “Bizim şikayətimizi də həmin işə əlavə edib Teyyub Muradovun əməlini 178.2 maddəsi ilə tövsif etdilər. Oradan Teyyub Muradov Nizami Rayon Məhkəməsinə aparıldı. Müstəntiq dedi ki, barəsində həbs qəti-imkan tədbiri seçiləcək. Amma nə oldusa Nızamı Rayon Prokurorluğu bunu məhkəmə zalından buraxdı. Biz də onun Masallıda oğurluq etdiyinə görə həbs edildiyini eşitdik. Polisdən dedilər ki, həmin oğurluq işi dələduzluq işinə birləşdiriləcək. Baş prokuror Zakır Qaralovadan xahiş edirik ki, bu işi şəxsi nəzarətinə götürsün. Biz pulları bankdan borc alaraq Teyyub Muradova vermişik”.
Masallı Rayon Polis Şöbəsindən T.Muradovun saxlandığını təsdiq ediblər. Bildiriblər ki, o, artıq Şüvəlandakı İstintaq Təcridxanasına köçürülüb.