Masallıda avtomobil körpüdən aşıb, sürücü ölüb

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
 
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, avqustun 4-də saat 23:00 radələrində Masallı rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Masallı Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.