​Masadakı ayaqqabı Yaponiya baş nazirini əsəbiləşdirdi

Baxış sayı:
4630

İsrailə rəsmi səfər edən Yaponiya Baş naziri Şinzo Abe israilli həmkarı Benyamin Netanyahu və xanımı Saranın evindəki ziyafətdən narahat olub.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə adı açıqlanmayan bir yapon diplomat çıxış edib.
"Netanyahunun evindəki ziyafətdə məşhur rusiyalı dirijor Sergey Moşenin metaldan düzəldilmiş ayaqqabıda Abe cütlüyünə şirniyyat təqdim etməsindən sonra narahatçılıq yarandı. Masaya ayaqqabının qoyulması kimi bir mədəniyyət dünyanın heç bir yerində yoxdur. Moşenin tam olaraq nə düşündüyünü və nə deməyə çalışdığını tam olaraq anlaya bilmirik. Bunun komik olduğunu da düşünürük. Bu durumunun baş nazirimiz üçün təəssüfedici olduğunu düşünürük", - yapon diplomat vurğulayıb.