“Mart ayında Avropa Birliyindən ayrılırıq”

Baxış sayı:
235

İngiltərənin baş naziri Theresa Mey, Brexit razılaşması ilə bağlı LBC Radio proqramına telefonla bağlanaraq açıqlama verib.
 
Əvvəlcədən planlaşdırıldığı kimi, mart ayında Avropa Birliyindən çıxacaqlarını deyən Mey, Aİ ilə üzərində razılığa gəldikləri Brexit müqaviləsinin Birləşmiş Krallığın "bütövlüyünü qoruyub saxladığını" söyləyib.
Qeyd edək ki, çərşənbə günü Aİ ilə üzərində razılığa gəlinən müqaviləni müzakirə etmək üçün xüsusi gündəmlə toplanan İngilis hökuməti Brexit sazişinə razılıq vermiş, Avropa Birliyi Komissiyasının sədri Donald Tusk da müqavilənin Avropalı liderlər tərəfindən imzalanması üçün dekabrın 25-də bir zirvə toplantısı keçirəcəklərini bildirmişdi.
Müxalifət.az