Marsda böyük kəşf! İzlər tapıldı

Baxış sayı:
12592

Astronomlar Marsda bir-biri ilə əlaqəli qədim yer altı göllərinin və geniş yer altı su axının varlığına dair izlər olduğunu bildirib. ABŞ Aviasiya və Kosmos Agentliyi NASA və Avropa Kosmos Agentliyi “ƏSA”-nın Mars peyklərinin tapıntılarını tədqiq edən astronomlar nəticələri "Journal of Geophysical Research" jurnalında nümayiş olunan çalışmada, Mars kraterində aşkar edilən geoloji izlərin Qırmızı Planetin keçmişdə mürəkkəb bir yer altı suyu sisteminə sahib olduğunu göstərdiyini bildirib. Peyklərin çəkdiyi səth görüntülərini araşdıran tədqiqatçılar, Marsın şimal yarımkürəsindəki dərin krater çuxurlarının dibində görünən dərin novların, hovuz formalı dərələrin və yelpik şəkilli tortul çöküntülərin keçmişdə burada yer altı göllərinin və bunları bir-birinə bağlayan geniş yer altı su sisteminin olduğunun dəlili olduğuna işarə edib. SÜBUT TAPILDI Həmçinin Marsda tapılan gil kimi mineralların ancaq uzun müddət su ilə təmas nəticəsində yaranacağına diqqəti çəkən araşdırmaçılar, bunun planetdə keçmişdə böyük miqdarda su olduğuna dəlil sayılması lazım olduğunu vurğulayıb. Elm adamları Marsda 3-4 milyard il əvvəl nəhəng bir səth altı okeanı olduğunu və bunun yeraltı suları daha kiçik yer altı göllərinə bağladığını düşünür. Marsdakı su varlığının Yerdəkinə bənzər bir canlı həyatının izlərinin araşdırılması üçün ipucu verə biləcəyi düşünülür. Müxalifət.az