​Marqvelaşvili: Saakaşvili bunu bacardı

Gürcüstanda prezidentlik dövründə Mixail Saakaşvili həqiqətən də böyük dəyişikliklər etdi.
Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili "Dojd" televiziya kanalına müsahibəsində deyib.
“Bütün siyasətçilərin həm mənfi, həm də müsbət cəhətləri var. Saakaşvilli həqiqətən korrupsiyaya qalib gəldi. Bu bir faktdır. O patrul, polis patrulu, gömrük və s. təsirli işləyən və hələ də fəaliyyət effektini itirməyən vətəndaş xidmətlərini yaradıb”, – deyə o bildirib.