Marqvelaşvili Azərbaycan prezidentini Gürcüstana dəvət etdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi Gürcüstana dəvət edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycan prezidenti ilə yanaşı Estoniya, Litva, Latviya, Polşa, Finlyandiya, Ukrayna, Ermənistan və Belarus prezidentlərinin də 26 may 2018-ci il tarixində Gürcüstanın müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunacaq tədbirlərdə iştirak edəcəyi gözlənilir.
 
“Bu ölkələr müstəqilliklərini 1918-ci ildə bərpa ediblər. Biz bu tarixi günü bir yerdə qeyd etmək istəyirik. Gürcüstan prezidenti bu gün polşalı həmkarını bu tədbirlərdə iştiraka dəvət edib”,- deyə Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili bildirib.
 
Qeyd edək ki, G.Marqvelaşvili Polşada səfərdədir. Səfər çərçivəsində o, polşalı həmkarı Andjey Duda ilə görüşüb.