Marqarita Simonyan 9 May qələbəsini lağa qoydu

Baxış sayı:
3214

Rusiya Federasiyasının dövlət büdcəsi neft və qaz satışından fövqəladə mənfəət əldə edən zamanlarda, Rusiya iqtidarına soxulmuş erməni lobbisi bölgədəki ermənilərin təcavüzkar siyasi maraqlarını qorumaq üçün resursların əhəmiyyətli hissəsini Ermənistana yatıraraq erməni diasporunun maliyyə ehtiyatlarını artırdı.
15 il boyunca etnik erməni Sergey Lavrov rəhbərlik etdiyi Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi xətti ilə Rusiya dövlət büdcəsindən erməni lobbisinin planlarında əvvəldən Qara dənizə çıxışı olan "yeni Ermənistan ərazisi" kimi nəzərdə tutulan Abxaziyaya böyük vəsait ayırdı. Serqey Lavrov Abxaziya və Cənubi Osetiyanı dövlət kimi tanımaq üçün milyardlarla dollar, həmçinin silah, avadanlıq, mal, texnologiyanı havayı Venesuela və Nikaraquaya verdi, Rusiya Federasiyasının büdcəsindən kiçik Nauruya adambaşına 5 min dollara bərabər olan 50 milyon dollar, Tuvalu ilə Vanuatuya Abxaziya və Cənubi Osetiyanı tanımaq üçün daha çox pul ödədi. Tuvalu və Vanuatu pul aldılar, lakin sonra tanınmanı ləğv edərək Rusiya Federasiyasına "atdılar".
Rusiya büdcəsindən nə qədər pullarla Suxumi ilə Tsxinvaliyə yatırım edildi və Abxaziyanın demək olar ki, bütün iqtisadiyyatını idarə edən erməni iş adamlarının köməyi ilə oğurlandı.
Əlbəttə ki, bu fonda Margarita Simonyan açıq şəkildə öyünə bilər ki, böhran vəziyyətində o və həmqəbilələrnin "təhlükəsizlik ehtiyatı" var. Erməni oğrular uzun illər Rusiya dövlət büdcəsinə zəli kmi yapışaraq, maliyyə vəsaitlərini sordular.
Ancaq Rusiyada çətin günlər başlayır. Rusiya Federasiyasının əsas ixrac məhsulu olan neftin qiyməti kəskin şəkildə aşağı düşdü və ardınca qaz da istər-istəməz ucuzlaşacaq. Rusiya Federasiyasının büdcəsi neftin kritik qiyməti 42 dollar səviyyəsində tənzimlənib və artıq neft 31 dollara düşdü. Büdcə gəlirlərinin azalacağı dəqiqdir.
Ancaq erməni lobbisi narahat deyil. Əsl erməni kökləri olan Mixail Mişustin baş nazir postundadır. Beləliklə, Rusiyanın erməni lobbisinin maddi maraqları zərər görməyəcək. Amma, Rusiya vətəndaşları, xüsusən yoxsullar və pensiyaçılar kəmərlərini bir az da yuxarı çəkməli olacaqlar; Mişustin hökuməti onların üzərindən qənaət edəcək.
Bu məqamda, Marqarita Simonyan hazırkı böhranın ən çox ziyan vurduğu Rusiya vətəndaşlarını açıq şəkildə lağa qoyur. RT və Russia Today-nin baş redaktoru Margarita Simonyan, "ölkədə baş verənləri nəzarətdə saxlayan" bəzi insanlarla neftin qiymətinin düşməsi və rublun məzənnəsinin müzakirə edildiyini bildirdi. Sosial şəbəkələrdə söhbətdən sitat gətirdi:
"Qorxma, biz bundan çıxacağıq. Ehtiyatımız var və davamlıdır" dedi, və bildirdi ki, o adamların adlarını çəkə bilməz. Həmsöhbətlər həm də ucuz neftin uzun sürməyəcəyini və "hər şeyin plana uyğun getdiyini" söylədi, çünki indiki qiymətin düşməsi "bu planın bir hissəsidir".
"2008-ci illə müqayisədə hazırkı böhran elə bir şey deyil" deyə Simonyan bir yazıda bildirir.
Əlbətdə ki, 2008-ci ildən sonra Rusiyada Simonyanın siyasi təsiri kimi şəxsi vəziyyəti də xeyli yaxşılaşdı. Beləliklə, böhran onu heç cür təhdid edə bilməz.
Marqarita Simonyanın Twitter-dəki böhrana dair yazıları yəqin ki, istehza xarakterlidir. Budur onlardan biri:
“Əlbəttə yeni hökumətin hədiyyə ardınca hədiyyəsi var. 23 Fevrala - koronavirus, 8 Marta - 2004-cü ildəki qiymətlərlə neft. Bir ümid var ki, 9 May tarixində ənənəyə görə qalib gələcəyik ".
Görəsən Marqarita Simonyan hansı qələbəyə işarə vurur? SSRİ-nin faşizm üzərində Qələbəsini bu şəkildə hörmətlə qarşılayırsa, onda niyə Ermənistanda nasist Garegin Njdenin qəhrəmanlığını tənqid etməyib?
"Gradator.ru"
Tərcümə Muxalifet.az-ındır