​Marneulinin sabiq meri girov qarşılığında azadlığa çıxıb

Baxış sayı:
3790

Gürcüstanın Marneuli rayonunun sabiq meri, əslən azərbaycanlı Temur Abazov azadlığa çıxıb.
Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, Rustavskiy rayon məhkəməsi keçmiş meri 10 min lari (təxminən 3,8 min dollar) girov qarşılığında sərbəst buraxıb.
Xatırladaq ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. İyunun 14-də isə məhkəmə onu həbs edib.