Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüldü

Teymur Abbasov Gürcüstanın Azərbaycandakı səfirliyində çalışıb
 
Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası sentyabrın 24-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonun icra hakimiyyəti başçısı postuna namizədini rəsmən təqdim edib.
Hakim partiyanın deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər bu gün Marneulidə olublar.
Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə Marneuli rayonunda icra hakimiyyəti başçısı vəzifəsinə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun  namizədliyi irəli sürülüb./report