Marneuli və Bolnisidə 100 mindən çox şəxs tibbi yoxlamadan keçirilib

Baxış sayı:
2112

“Marneuli və Bolnisidə mobil qruplar sakinlərin temperaturunu ölçməkdə davam edirlər”.

Bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bu gün Marneulidə 8 994, Bolnisidə isə 6 393 nəfər tibbi yoxlamadan keçirilib: “Hər iki bələdiyyədə ümumilikdə 106 755nəfərin termoskrininq metodu ilə hərarəti ölçülüb”.

Qubernator yüksək hərarətin qeydə alındığı şəxslərin tibbi nəzarətə alındığını söyləyib.

Bölgə rəhbəri qeyd edib ki, sərt məhdudiyyətlər artıq nəticə verir və bu gün Marneuli və Bolnisidə açıq havada insanların seyrəkliyi kəskin nəzərə çarpıb./report