Marketdən çörəyi dronla aldı - VİDEO
24-05-2020 10:48
Baxış sayı:
3949
Türkiyədə 4 günlük tətbiq edilən komendant saatı ilə əlaqədar evdən çıxa bilməyən vətəndaş maraqlı üsula əl atıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, marketdən çörəyi dron vasitəsilə alıb.
Reklam şirkətinin sahibi olan Şen, eyvana çıxaraq idarə etdiyi dronu marketə doğru istiqamətləndirib. Market sahibi dronu görüb çaş-baş qalıb.
Məsələninin nə yerdə olduğunu başa düşən satıcı çörəyi paketə qoyaraq drona bağlayıb.
Daha ətraflı videoda: