Mark Eliyahu Bakıda konsert verəcək

Baxış sayı:
10846

Dünyaca məşhur musiqiçi Mark Eliyahu Bakıda konsert verəcək. Muxalifet.az xəbər verir ki, onun konserti 25 may tarixində baş tutacaq. Konsertin Heydər Əliyev sarayında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Mark Eliyahu 1982-ci il 28 mayda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asıb. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayıb.