​MARİXUANANIN İSTEHSALI LEQALLAŞDIRILIR

İndi də Kanada marixuana istehsalını leqallaşdırır.
Publika.az xəbər verir ki,Kanada parlamentinin Nümayəndələr Palatasında marixuananın leqallaşdırılması haqqında qanun layihəsi səsə qoyulub və təsdiqlənib.
Nümayəndələr Palatasının deputatlarından 200 nəfər qanun layihəsinin lehinə, 82 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi baxılması üçün yuxarı palataya -Senata göndərilib.
Layihəyə əsasən, artıq ölkə daxilində 18 yaşdan yuxarı şəxslərə marixuananın satışına icazə veriləcək. Hətta yaş məhdudiyyəti olmadan hər kəs 4 ədəd marixuana bitkisi becərə biləcək. Bundan başqa, 18 yaşdan yuxarı şəxslər üzərində 30 qrama qədər qurudulmuş və ya təzə marixuananı gəzdirə bilər. Bir sıra federal hakimiyyət orqanlarına da yüngül narkotik vasitələrin tədarükü üçün leqallaşdırlımış lisenziyalar veriləcək.
Marixuannanın ortalama qiyməti birbaşa regional hakimiyyət orqanları tərəfindən müəyyən olunacaq.
Layihəni Senat təsdiqləsə, qanun 2018-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Yunanıstanın kənd təsərrüfatı naziri ölkəni 7 illik iqtisadi böhrandan çıxarmaq məqsədilə narkotik vasitə istehsal edəcəklərini bəyan etmişdi.