​Marenulidə azərbaycanlıların köşkləri sökülür? - DEPUTAT

Baxış sayı:
5188

Mənə bu gün xəbər veriblər ki, bizim təzə mer yol kənarındakı ticarət obyektləri ilə bağlı hansısa addımlar atmaq istəyir. Ancaq merin özü ilə görüşüb bu haqda dəqiq informasiya ala bilməmişəm.
Muxalifət.az-ın xəbrinə görə, bu fikirləri Teleqraf.com-a “Gürcü Arzusu” Partiyasının üzvü, Marneuli rayonundan Gürücstan parlamentinə deputat seçilən Mahir Dərziyev deyib.
Deputat Mahir Dərziyev isə bildirib ki, hələlik heç bir ticarət köşkü sökülməyib:
“Ancaq mənim yeni merin qərarı haqqında da geniş informasiyam yoxudur. Sadəcə, eşitdiyimə görə, belə bir söhbət olub. Ancaq bu, hələlik qərar səviyyəsində deyil. Yəqin ki, təklif və araşdırma səviyyəsində olan məsələdir. Qeyd edim ki, Tiflisin yeni meri Kaxa Kaladze küçə ticarəti ilə bağlı qanun qəbul etdi, qanunsuz küçə ticarətinə cərimələrin miqdarı artırılacaq. Amma Marneuli ilə əlaqədar dəqiq informasiyam yoxdur. Gün ərzində rayonumuzun yeni meri ilə görüşüb bu məsələni müzakirə etməyi planlaşdırıram”.
Xatırladaq ki, Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda bir qrup sakin rayon rəhbərliyinin yeni qərarına etiraz edib. Marneuli rayon icra hakimiyyətinin müvafiq qərarı rayonun mərkəzi yollarının kənarlarındakı ticarət köşklərinin sökülməsi ilə bağlıdır. Rayon rəhbərliyi bildirib ki, ticarət köşkləri rayonun görünüşünə xələl gətirdiyi üçün söküləcək.