Maraqlı hərrac: Maşının yan şüşəsi, “Lassa” təkəri…

Əmlak Məsələləri Dövlət Komitəsi 14 noyabr tarixində maraqlı hərrac keçirəcək.
Bu dəfəki hərraca bir-birindən müxtəlif əmlaklar çıxarılıb. Belə ki, komitə VAZ-2107 markalı avtomobilin arxa və yan şüşələri də satmağı planlaşdırır. Avtomobilin yan şüşələri 60, arxa şüşə isə 20 manata təqdim edilib.
Hərracda həmçinin 4 ədəd "Lassa" markalı təkər də satılacaq ki, onun da qiyməti 60 manatdır. Auksiona çıxarılan 14.400 ədəd “skoç” isə 7200 manata təqdim ediləcək.
Bundan başqa, hərraca 15 manata "Diamond" markalı kiçik ölçülü elektron tərəzi də çıxarılacaq.